Babək rayonunun Xəlilli və Şıxmahmud kəndlərinin yolları yenidən tikilir
Babək rayonunun Xəlilli-Şıxmahmud kəndlərini Naxçıvan şəhərinin Xətai məhəlləsi ilə birləşdirən avtomobil yolu yenidən tikilir.
Avtomobil yolunun uzunluğu 9,8 kilometr, eni 7,2 metr, asfaltın qalınlığı isə 10 santımetrdir. Qısa müddətdə avtomobil yolunun 3 kilometrinə asfalt salınıb. Yol kənarlarına suaxıdıcı kanallar çəkilib. Kənddaxili döngələrə də asfalt salınır. Yolun hərəkət hissəsi genişləndirilib, çınqıl örtük verilib. Yol yatağı möhkəmləndirilib, suötürücü borular qoyulub.
Bu yolun tikintisi Xətai məhəlləsinin sakinlərinə Naxçıvan şəhərininin mərkəzinə daxil olmadan Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yoluna birbaşa çıxış imkanları yaradacaq və məsafəni qısaldacaq.
Xəlilli və Şıxmahmud kəndlərinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün də müvafiq tədbirlər görülüb. Kəndlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün Uzunoba Su Anbarından çəkilən su kanalı əsaslı təmir olunub. Hər iki kəndə su və kanalizasiya xətləri də çəkilib.
Son illər Şıxmahmud və Xəlilli kəndlərində geniş quruculuq işləri aparılıb. Bir sıra sosial obyektlər tikilib, əhaliyə göstərilən xidmətlərin səviyyəsi daha da yaxşılaşıb. Hazırda hər bir evə ekoloji cəhətdən təmiz içməli su verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB