İyunun 7-də BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai Lənkəranda olub. SİA-nın məlumatına görə, tanışlıq məqsədi ilə baş tutan səfər zamanı BMT nümayəndəsi Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüşüb.
Görüşdə qonağa Lənkəran rayonunun sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilib və BMT ilə Azərbaycanın əməkdaşlıq münasibətləri, xüsusilə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni proqramların hazırlanması sahəsində əməkdaşlığın gələcək prespektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda BMT nümayəndəsi Lənkəran şəhərinin görməli yerləri ilə tanış olub, tarix-diyarşunaslıq müzeyinə baş çəkib, “Yaşıl çay” fermer təsərrüfatında çay plantasiyalarında və Girdəni kəndi ərazisində çəltik əkini işləri ilə maraqlanıb. Həmin gün qonaq Bakıya yola düşüb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB