İranda parlamentinə hücumda 7 nəfər ölüb SON DƏQİQƏ

İranda parlamentinə hücumda 7 nəfər ölüb SON DƏQİQƏ

İran parlamentinə silahlı hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. SİA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, hələlik 4 nəfər girov saxlanılır.

Xatırladaq ki, bu gün səhər saatlarında İran parlamentinə və İmam Xomeyni mavzoleyinə silahlı hücumlar olub. Həmçinin təhlükəsizlik orqanları İmam Xomeyni mavzoleyinin qarşısında partlayıcı qurğu aşkarlayaraq zərərsizləşdirib.

İranın daxili işlər naziri parlamentə və mavzoleyə hücumlarla bağlı Tehranda təcili iclas çağırıb.

FARS agentliyinin məlumatına əsasən, hücumların məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə