Tehran şəhərinin yaxınlığındakı İmam Xomeyni movzoleyində atışma baş verib. Xəbər verilir ki, hücum edənlərdən biri mavzoleyin içərisində partlayış törədib.
Bir qədər əvvəl İran KİV-ləri parlamentdə atəş səslərinin eşidildiyi barədə məlumat yayıb. İSNA agentliyinin xəbərinə görə, 4 nəfər silahlı şəxs yerli vaxtla saat 10:30-da (Bakı vaxtı ilə 10:00) parlamentin binasına soxularaq mühafizə xidmətinin əməkdaşlarına nizamsız atəş açıblar. Hazırda onların tutulması üçün əməliyyat keçirilir. Həmçinin məlumat verilir ki, insident nəticəsində bir nəfər ölüb səkkiz nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB