Hacıkəndin meşə massivi bərpa olunur

Hacıkəndin meşə massivi bərpa olunur

Hacıkənd meşə massivi yenidən bərpa olunur. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə 400 ha yaxın ərazidə yeni meyvə ağacları əkiləcək. Artıq aparılan işlər çərçivəsində 40 ha yaxın ərazidə bu işlər yekunlaşdırılıb. Paralel olaraq meşələrin mühafizəsi istiqamətində 23 qanun pozuntusu aşkar edilib və qanunu pozan şəxslər məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, hazırda Hacıkənd meşə massivi 11 400 ha ərazini əhatə edir. Yay fəsli ilə bağlı Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birlikdə gücləndirilən iş rejimində çalışır.

Müəllif:İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə