Tarixin bu günü və ya bu günün tarixi

- İlk dəfə teleqraf xətti işləyib (1853)
- İsveçdə yer sürüşməsi nəticəsində 1200-ə yaxın insan həlak olub (1881)
- Torontodakı sənaye sərgisində ilk dəfə olaraq təkrar edilmək üçün insan səsi yazılıb (1888)
- Rusiya Ordusu Avstriya-Macarıstan üzərində qələbə çalıb (1914)
- İtaliya lideri Benito Mussoliniyə qarşı uğursuz sui-qəsd edilib (1926)
- İkinci Dünya Müharibəsi dövründə ABŞ qoşunları müttəfiq qoşunları arasında ilk olaraq Almaniya ərazisinə daxil olub (1944)
- ABŞ-da ilk gözəllik müsabiqəsi keçirilib (1954)
- Auqusto Pinoçetin rəhbərliyi altında Çilidə dövlət çevrilişi baş verib. Ölkə prezidenti Salvador Alyende çevriliş zamanı qətlə yetirilib (1973)
- Prezident Corc Buş (ata) "Dünyada yeni sistem" barədə danışıb (1990)
- Azərbaycan Respublikası Qana ilə diplomatik əlaqələr qurub (1992)
- ABŞ-da 11 sentyabr terror aktı: Dünya Ticarət Mərkəzinin əkiz qüllələri və ABŞ Müdafiə Nazirliyinin binası təyyarə hücumlarına məruz qaldı, 2 metro stansiyası yararsız hala düşüb (2001)
- Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 11-ci iclası keçirilib (2003)
- Almaniya Azərbaycana prezident seçkiləri üçün 5 min ədəd şəffaf seçki qutusu hədiyyə edib (2003)
- Azərbaycan Prezidenti İlham Əliyevin İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb (2006)
- Ekmələddin İhsanoğlu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin "Şeyxülislam" ordeni ilə təltif olunub (2006)
- Azərbaycan və Çexiya Maliyyə Nazirliyi arasında əməkdaşlıq sazişi imzalanıb (2007)
- Azərbaycanın Makedoniyada səfirliyi - Türkiyədəki səfir həm də Makedoniyada diplomatik fəaliyyət göstərib (2007)
- ABŞ Konqresində Cənubi Qafqazla bağlı dinləmələr keçirilib (2008)
- La Manş tunelində yanğında onlarla insan xəsarət alıb (2008)
- Özbəkistan Prezidenti İslam Kərimovun Azərbaycana səfəri baş tutub (2008)

Bütün xəbərlər Facebook səhifəmizdə