Azərbaycanda saxta kredit kartı və ya ödəniş sənədlərini hazırlamağa görə cərimələr artırılıb. SİA-nın məlumatına görə, bu, Cinayət Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb. Bu dəyişikliklərə əsasən, qiymətli kağız sayılmayan saxta kredit, hesab kartlarını və ya başqa ödəniş sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satmaya görə 2000 manatdan 4000 manatadək (hazırda 500 manatdan 1000 manatadək) miqdarda cərimə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satmaya görə olan cərimələrin məbləği isə 2000 manatdan 3000 manatadək (hazırda 1000 manatdan 2000 manatadək) miqdarda müəyyənləşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB