Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşü keçirilib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə UNİCEF-in Gənclərlə İnkişaf Proqramının mütəxəssisi Natiq Ömərov, UNİCEF-in Səhiyyə və Qidalanma Proqramının mütəxəssisi Töhfə Cəmilova və Komitə əməkdaşları iştirak ediblər.
Hicran Hüseynova bir sıra beynəlxalq təşkilatlarla ölkələr arasında əməkdaşlığı yüksək qiymətləndirib və birgə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, qadınlara və uşaqlara qarşı olan müəyyən stereotiplərlə mübarizə, eyni zamanda cari ilin noyabr ayında keçiriləcək növbəti Uşaq Forumu haqqında məlumat verib.
E. Karvardin isə qadınların və qız uşaqlarının qidalanmasındakı problemlər, vitamin çatışmazlığı və anemiya problemi ilə bağlı məlumatlara toxunaraq bu istiqamətdə birgə maarifləndirmə işinin aparılması haqqında təklif irəli sürüb.
Sonda ikitərəfli layihələrin həyata keçirilməsi, bu sahədə effektivliyin artırılması məqsədilə növbəti ildə də əməkdaşlığın gücləndirilməsinə dair müzakirələr aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB