Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni Sərəncam imzalayıb. SİA-nın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Elçin İsağa oğlu Quliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.
QEYD: Elçin İsağa oğlu Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1974-1982-ci illərdə Sumqayıtda 20 və 23 saylı məktəblərdə orta təhsil almış, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirmişdir.
1988-ci ildən həqiqi hərbi xidmətdədir. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət etmiş, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləmişdir.
27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.
2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir. Ailəlidir, dörd övladı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB