Bu il yarım əsrlik yubileyini qeyd edən Bakı metropolitenində bu əlamətdar hadisə ilə bağlı tədbirlər planı çərçivəsində gerçəkləşdirilmiş növbəti layihə son illərin ən əhəmiyyətli yeniliklərindən birinə həsr olunub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, metropoliten xətlərinə həm tematik dizayn tərtibatı, həm də xarici görkəmi ilə sərnişinlərin diqqətini çəkəcək qatar buraxılıb.
Ön hissəsi yenilənən, əvvəlkilərdən tamamilə seçilən bu qatarda bir sıra yeniliklər elə ilk baxışdan aydın görünür. Ön və yan hissələri bənövşəyi və narıncı rəngə boyanmış qatarın tematik tərtibatı metropolitenin 50 illik yubileyinə həsr olunub. Qatar boyunca pəncərə səviyyəsində yarıməsrlik yubiley üçün hazırlanmış xüsusi fərqləndirici loqotiplər yerləşdirilib. Maşinist kabinasının ön hissəsində Azərbaycan Respublikasının dövlət bayrağı əks olunub. Giriş qapıları arasında pəncərə altı orta zolaqda isə "Yarım əsr xidmətinizdə" devizi yer alıb.
Son vaxtlar Bakı metropoliteninin loqotipinin əks olunduğu yeni tipli antivandal plastik oturacaqlar yeni təmirdən çıxmış qatarda yubiley üçün işlənmiş loqotiplərlə bəzədilib. Bütün bunlar ötən illər ərzində daim yüksək səviyyədə mədəni xidmət göstərmiş və sərnişinlərin etimadını qazanaraq bu illər ərzində onlara doğma olmuş Bakı metropoliteninin yubileyini sərnişinlərə xatırladacaq.
Yeniliklər təkcə bununla bitmir. Qatarın ön hissələrinin fərqli dizaynı da diqqət çəkir. Ön hissələri dəyişdirilən əvvəlki qatarlardan fərqli olaraq, bu qatarın işıqlanması müasir işıqdiodlu sistemlə təchiz olunub. Buna görə də forması fərqli olan yeni projektorların daha güclü və gur işıqlanması var. Maşinist kabinasının ön hissəsinin daha bir yeniliyi də müasir dövrün tələbləri ilə səsləşir. Artıq marşrut monitoru tam elektron sistemlə işləyir. Burada istiqamət göstəricisi qaçan sətirlə verilir, marşrutun say göstəricisi də elektron tabloda əks olunub. Bu isə qatarların marşrutunun avtomatik dəyişdirilməsinə xidmət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB