Misirli tədqiqatçı: “Qərb Universiteti faydalı müzakirələr üçün imkan yaratdı”

Misirli tədqiqatçı: “Qərb Universiteti faydalı müzakirələr üçün imkan yaratdı”

“Dünyada islamfobiyanın gücləndiyi indiki şəraitdə Bakıda Qərb Universitetinin təşkilatçılığı ilə keçirilən “Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri” mövzusunda Beynəlxalq Elmi Konfrans bir çox istiqamətlər üzrə faydalı müzakirələrin, fikir mübadiləsinin aparılmasına imkan yaratdı”. Bu sözləri SİA-ya açıqlamasında Misirli tədqiqatçı, Asiya problemlərinin araşdırıcısı, Siyasət və İnformasiya Tədqiqatları Dialoq Mərkəzinin Asiya Araşdırmalar sektorunun rəhbəri Əhməd Abdo Tərabik deyib.

Tədqiqatçı qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən gələn elm və siyasət xadimləri ilə birgə bu müzakirələrin aparılması mövcud problemlərin həlli yönündə də əhəmiyyətli ola bilər.

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edilməsinin müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmli olduğunu diqqətə çatdıran Əhməd Abdo Tərabik əlavə edib ki, islam həmrəyliyi İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə