Gəncə “100% Gənclər şəhəri” mükafatına layiq görülüb- FOTO

Gəncə “100% Gənclər şəhəri” mükafatına layiq görülüb- FOTO

Portuqaliya Respublikası Braqa şəhərində Avropa Birliyi Erasmus+ KA2 proqramı çərçivəsində “100% Gənclər şəhəri” keyfiyyət etiketinin təqdimat mərasimi keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, Avropanın aparıcı şəhərlərinin merləri, Avropa Gənclər Forumunun rəhbərliyi və fəal gənclər təşkilatlarının iştirakı ilə GNRation Gənclik Mərkəzində təşkil edilən tədbirdə Azərbaycanı “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin sədri Elmir Vəliyev təmsil edib.

Qeyd edək ki, Gəncə şəhərinin 2016-ci ildə Avropa gənclər Paytaxtı tituluna uyğun bütün öhdəlikləri yüksək səviyyədə icra etdiyi nəzərə alınaraq, münsiflər heyəti tərəfində “100% Gənclər şəhəri” mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə