Azərbaycanda dövlət qulluğunun xüsusi növünə aid olan sahələrin sayı artırılıb. SİA-nın məlumatına görə, bununla bağlı "Dövlət qulluğu haqqında" qanuna yeni əlavə edilib. Yeni layihəyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də dövlət qulluğunun xüsusi növü sayılacaq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Prezidentinin 2012-ci il 13 fevral tarixli fərmanı ilə dövlət qulluğunun xüsusi növü kimi yaradılıb. Bu dəyişiklik həmin Xidmətin "Dövlət qulluğu haqqında" qanunda təsbit olunmuş dövlət qulluğunun xüsusi növü olan orqanların sırasına əlavə edilməsi zərurəti yarandığından edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB