Ölkənin aparıcı KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatıb. Məlumata görə, KİV rəhbərləri Ordubad şəhərində yerləşən tarixi, mədəni abidələrlə tanışlıqdan sonra Şahbuz rayonunda yerləşən Şahbuz Dövlət Təbiət Qoruğuna gəliblər.
Qoruğun elmi işlər üzrə direktor müavini Mürsəl Seyidov qonaqlara məlumat verərək qoruğun 2003-cü ildə yaradıldığını bildirib. Direktor müavini Qoruğun Batabat gölü və Biçənək aşırımı ərazilərində yerləşdiyini diqqətə çatdırıb: "Ərazidə 2899 bitki növü yayılıb. Geniş müxtəlifliyə malik bitki örtüyü 285 növ faunaya malikdir. Ərazinin 85%-i palıd, 5%-i ardıc, ağır iyli ardıc, Araz palıdı, 7%-i yemişan, qalan 3%-i isə alma, alça, şərq palıdı, vən, daş armud, acı badam və müxtəlif kollar təşkil edir. Quşlardan Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində Avropa Tüvüyü, kəklik, oxuyan silvi, adi kəklik, sarıköynək, bülbül, enliquyruq bülbül, meşə xoruzu, hop-hop və başqaları var. Muxtar Respublika ərazisində məskunlaşmış quş növlərindən bir çoxu "Qırmızı Kitab"a daxil edilibdir. Naxçıvan Muxtar Respublikasında 12 növ yırtıcı heyvan yayılıbdır. Bu heyvanlardan Qafqaz qonur ayısı, canavar, tülkü, çöl pişiyi, meşə siçanı, porsuq, çöl donuzu, vaşaq və bir çox heyvanlara qoruğun ərazisində rast gəlinir. Bu yaxınlarda burada cüyürün də olduğunu gördük".

Daha sonra qonaqlar Batabat Dövlət Təbiət Qoruğuna səfər ediblər. Füsünkar təbiəti ilə qonaqları heyran qoyan Batabat yaylağı KİV rəhbərlərinə xoş ovqat bəxş edib. Ərazidəki "Üzən ada" bura səfər edən nümayəndə heyətinin təəcübünə səbəb olub. Batabat yaylağı ərazisində bitən bitgi növləri də qonaqlar tərəfindən maraqla qarşılanıb.


Buradan Ağbulaq İstirahət Mərkəzinə gələn qonaqlar istirahət mərkəzində yaradılan şəraitlə tanış olublar. Batabat Dövlət Təbiət Qoruğuna, eləcə də Ağbulaq İstirahət Mərkəzinə gedən yolların abadlığı turizmin inkişafı baxımından KİV rəhbərlərində yüksək təəsürat oyadıb.
Ağbulaq İstirahət Mərkəzinin içracı direktoru Novruz Novruzov Mərkəzin 2013-cü ildə istifadəyə verildiyini, burada 38 otaqdan ibarət mehmanxana olduğunu, gələn qonaqlara istirahət üçün hər cürə şərait yaradıldığını vurğulayıb. Mərkəzdə il ərzində 50 faiz civarında doluluq olduğunu söyləyən N.Novruzov qış turizminin də inkişaf etdiyini vurğulayıb: "Qışda burada 60-70 sm qar örtüyü olur ki, bu da qışda İstirahət Mərkəzinin fasiləsiz işləməsinə səbəb olur. Qeyd edim ki, Mərkəzdə istifadə edilən qidalar kənd sakinlərindən alınır. Elə işçilərimiz də Ağbulaq kəninin sakinləridir".
N.Novruzov Mərkəzdə eko turların da təşkil edildiyini vurğulayıb. Onun sözlərinə görə, bu turlarda bələdçiliyi də qonaqlara kənd sakinləri edirlər: "Hətta may ayının sonlarında da turistlərə yüksəkliklərdə qar örtüyü olan dağlıq ərazilərəd turlar təşkil edilir".
Daha sonra KİV rəhbərlərinin şərəfinə Ağbulaq İstirahət Mərkəzində ziyafət verilib.

Qeyd edək ki, ölkənin aparıcı media orqanları rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri Naxçıvanın turizm potensialını təbliğ etmək məqsədi daşıyır.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasına Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə baş tutan üç günlük səfərdə ölkənin aparıcı media orqanının rəhbəri iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB