Səbail rayonunda sakinlərlə görüş keçirilib- FOTO

Səbail rayonunda sakinlərlə görüş keçirilib- FOTO

Səbail rayonunda Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən "Əhali ilə aktiv gürüşlər aylığı" çərçivəsində növbəti tədbir keçirilib.

İcra Hakimiyyətindən SİA-ya verilən məlumata göra, bu görüşün də əsas məqsədi sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkədə həyata keçirilən irimiqyaslı quruculuq işləri, xalq təsərrüfatının bütün sahələrində əldə olunan nailiyyətlər, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldiyilən tədbirlər, Azərbaycanın beynəlxalq aləmdə daha da tanınması və təbliği ilə bağlı görülən işlər və ölkədə keçirilən beynəlxalq tədbir və idman yarışları haqqında, həmçinin bu işlər çərçivəsində Səbail rayonunda həyata keçirilən sosial layihələr və görülən işlər barədə geniş məlumat vermək, vətəndaşların müraciətlərini dinləmək, irəli sürülən təklif və arzuların həyata keçirilməsidir.

Aylıq çərçivəsində Səbail RİH-nin Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə təşkil etdiyi növbəti görüş 132-134 saylı Təhsil Kompleksində mərkəz ərazidə yaşayan sakinlər, buradakı idarə, təşkilat və müəssisələrin, ağsaqqallar və gənclərin nümayəndələrinin, bələdiyyə üzvlərinin və təsərrüfat xidmətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Açıq mikrofon formatında təşkil olunmuş görüşü açıq elan edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə əldə olunan müvəffəqiyyətlər barədə danışıb və qeyd edib ki, ölkə başçısının tapşırıqlarına əsasən Səbail rayonunda bir sıra mühüm layihələr həyata keçirilir və paytaxtımızı dünyanın ən gözəl şəhərlərindən birinə çevirmək istiqamətində görülən işlər gələcəkdə də davam etdiriləcək.

Tədbirdə çıxış edən tanınmış alimlər, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, siyasi elmlər doktoru Aydın Mirzəzadə, 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova və başqaları son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində xalq təsərrüfatının bütün sahələrindəki əldə olunan sosial-iqtisadi inkişafdan, əhalinin sosial vəziyyətinin yüksəldilməsinə və regionların inkişafına və tikinti sektorunun inkişafına yönəldilən tədbirlərdən, ölkədə keçirilən beynəlxalq miqyaslı tədbir və idman yarışlarından danışıblar.

Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunmuş, ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənərək ona minnətdarlıq bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə