Göygöldə biçin başladı

Göygöl rayonunda əkilən sahələrin biçininə başlanılıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bu məqsədlə “Aqrolizinq” Səhmdar Cəmiyyətinin Göygöl də yerləşən bazasında 10-dan artıq kombayn hazır vəziyyətə gətirilib. Ehtiyac yaranacağı təqdirdə texnikaların artırılması da gündəmdədir. Rayonda əsasən taxıl və arpa əkilib. İlkin hesablamalara görə, bu il hektara 30 sentner məhsul götürülməsi planlaşdırılır. Bundan əlavə il ərzində fermerlərə 300-400 ton gübrə satılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə