DMX 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edib -FOTO

DMX 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil edib -FOTO

Dövlət Miqrasiya Xidmətinin Bakı şəhər qanunsuz miqrantların saxlanılması mərkəzində Azərbaycanda qaçqın statusu almış və qaçqın statusu almaq üçün müraciət edən ailələrdə böyüyən uşaqların iştirakı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. DMX-dan SİA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Mərkəzlə tanış olublar. Uşaqlar Mərkəzdəki uşaq əyləncə guşəsində gözəl vaxt keçiriblər.

Sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib. Xidmətin məsul əməkdaşları, DMX-nin Həmkarlar İttifaqı Komitəsinin sədri tədbirdə iştirak edən bütün uşaqları əlamətdar bayram münasibətilə təbrik edib, onlara xoşbəxt və firavan gələcək arzulayıblar.

Bildirilib ki, Azərbaycanda uşaq siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və bu gün Prezident İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə bütün uşaqlara xüsusi diqqət və qayğı var. Əcnəbi ailələrin övladları olan uşaqlar üçün təşkil edilmiş bu şənlik də həmin siyasətin tərkib hissəsidir. Qeyd edilib ki, Azərbaycan müxtəlif etnik və dini qrupların ənənəvi dözümlülük və harmonik birgəyaşayışı üzərində qurulmuş və həyata keçirilən milli siyasətin aparıldığı çoxmillətli və çoxdinli ölkədir. Milliyyətindən, irqindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə dövlət təminat verir.

Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun fəaliyyəti gələcəyimiz olan uşaqlara yüksək qayğı nümunəsidir və cəmiyyəti onlara diqqət və qayğı ilə yanaşmağa səfərbər edir.

Həssas qruplardan olan azyaşlıları üçün təşkil edilmiş tədbirdə uşaqlara hədiyyələr təqdim olunub. Eyni zamanda görüşdə iştirak edən uşaqların ailələrinə də bayram sovqatı verilib.

Keçirilən bayram tədbiri valideynlərin çox böyük razılığına səbəb olub və uşaqların yaddaşında xoş izlər buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə