Nəsimi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan bayram tədbirləri keçirilib -FOTO

Nəsimi rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan bayram tədbirləri keçirilib -FOTO

Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması, sağlam böyüməsi, onların təhsili və hüquqlarının qorunması istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub.

İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub.
Nəsimi rayonunda yerləşən orta məktəblərdə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Texniki Humanitar Liseydə və 247 saylı tam orta məktəbdə isə şagirdlərin iştirakı ilə bayram tədbiri keçirilib.
Bayram tədbirlərində çıxış edən Nəsimi rayon İcra hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva uşaqları “1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə uşaqlara xüsusi məhəbbət, xüsusi diqqət və qayğı vardır: "Onların Vətənə layiqli vətəndaşlar kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar xalqımızın övldlarının taleyində əhəmiyyətli rol oynayadığına zəmanət verir. Cənab Prezident İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir".
Bayram tədbirində uşaqlar mahnı və rəqslərini ifa etmiş,öz bilik və bacarıqlarını nümayiş etdirmiş, kompozisiyalar təqdim etmişlər. Bayram konsertləri qonaqların alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə