Dünən Quba rayon icra hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafisədi Günü ilə əlaqədar Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət Parkında tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri Yusif Abidov qeyd edib ki, bu gün biz yenə gözəl günlərdən birini - sabahımız, bəşəriyyətin gələcəyi olan Uşaqların Beynəlxalq Müdafəsi gününü qeyd etməyə yığışmışıq: "Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün respublikamızda da hər il təntənə ilə qeyd edilir. O, uşaqların hüquqlarını qorumağa dair beynəlxalq sənədlərə nəzər salaraq, ölkəmizdə uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə olduğunu bildirib. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-uşaq siyasəti bu gün də ölkəmizdə uğurla həyata keçirilir. Ulu Öndər Heydər Əliyev uşaqlara böyük önəm verərək, çıxışlarının birində qeyd edirdi ki, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərməli və uşaqlar daim qayğı ilə əhatə olunmalıdırlar. Onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı və fəal üzvü etmək lazımdır".
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da gələcəyimiz olan uşaqların sağlam vətəndaş kimi yetişmələrinə xüsusi diqqət ayırırlar.
Hazırda Quba rayonunda 18 yaşınadək azyaşlı 51 min 207 nəfər təşkil edir ki, bunlardan da 5 yaşadək olanlar 18 min 951 nəfərdir. Rayonda fəaliyyət göstərən uşaq bağçası-körpələr evlərində 665 nəfər uşaq tərbiyə alır, Zərdabi qəsəbə valideyn himayəsindən məhrum uşaqlar üçün tam orta internat məktəbində isə 108 nəfər azyaşlı təhsil almaqdadır.
Bu gözəl gün münasibətilə mən bir daha sizi təbrik edir, hər gününüzün bayram sevincli, xöşbəxt və firəvan olmasını diləyirəm.
NƏZAKƏT
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB