Naxçıvanda səfərdə olan ölkənin aparıcı media orqanlarının baş redaktorlarından ibarət 20 nəfərlik nümayəndə heyəti səfərin ikinci günüdə Şərur rayonunda olublar. Şərur rayon 2 saylı tam orta məktəbə baş çəkən qonaqları məktəbin direktoru Sevil Hacıyeva qarşılayıb.

Məktəb direktoru qonaqlara məktəblə bağlı geniş məlumat verərək bildirib ki, təhsil ocağında 120 müəllim çalışır: "Hazırda məktəbdə 800-ə yaxın şagird təhsil alır. Məktəbdə 1027 şagird yeri var. Ötən il məzun olan 56 şagirddən 35-i ali məktəbə qəbul olub. 8 şagirdimiz 500-dən çox bal toplayıb. Bu il isə məktəbi 43 məzun başa vurur. Onlardan 40 nəfəri ali məktəbə sənəd verib, qəbul imtahanlarının birinci mərhələsində 23 nəfəri ali məktəbi qazanıb, 3 nəfəri 500-600 bal toplayıb".
.jpg)
Məktəbin təməlinin 1986-cı ildə qoyulduğunu söyləyən S.Hacıyeva məktəbin 2015-ci ildə sökülərək yerində 4 mərtəbəli təhsil ocağı inşa edildiyini söyləyib: "Əvvəl məktəbin şagird tutumu az idi. Yeni məktəbimiz geniş olmaqla yanaşı, təhsildə yeniliklərin də tətbiqinə imkan verən müasir sinif otaqları ilə zəngindir".

Qonaqlar Şərurda digər tədris müəssisələrinə də baş çəkiblər. Şərur rayon Peşə və Sürücülük məktəbində olan media rəhbərlərinə geniş məlumat verilib. Məktəbin müdiri Vəfadar Ələkbərov bu günə qədər 1927 nəfər müdavim qəbul edildiyini, 1739 müdavimin sertifikatla təmin olunduğunu söyləyib. Məktəb direktoru deyib ki, peşə məktəbində əmək bazarında tələbat olan ixtisaslara yiyələnmək imkanı var, müdavimlərdən 880 nəfərindən 446-nın işlə təmin olunub.

Şərur Olimpiya İdman Kompleksinə baş çəkən qonaqlara mehmanxanın 60 yerlik olduğu barədə məlumat verilib.
Rayonda yerləşən Fizika Riyaziyyat Təmayüllü Liseyə də baş çəkiblər.
Media nümayəndələri Şahtaxtı Gömrük Məntəqəsində də olublar. Naxçıvan səfərinin ikinci gününün sonunda qonaqlar Kəngərli rayonundakı Qarabağlar Türbəsinə yollanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB