İsa Həbibbəyli: "Afaq Məsud orijinal dəstxəti olan yazıçıdır"

İsa Həbibbəyli: "Afaq Məsud orijinal dəstxəti olan yazıçıdır"

İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda yazıçı, dramaturq, Əməkdar İncəsənət Xadimi, Rusiyanın Elm və İncəsənət Pyotr Akademiyasının həqiqi üzvü, Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun 60 illik yubileyi qeyd olunub.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli yubilyarı təbrik edib, onun şəxsiyyəti və yaradıcılığı haqqında fikirlərini bölüşüb. Afaq Məsud yaradıcılığının hər zaman oxucuların maraq dairəsində qaldığı, onun qeyri-adiliyi, müasirliyi əsərlərində əks etdirən bir yazıçı olduğu vurğulanıb.

İ.Həbibbəyli Afaq Məsud yaradıcılığının bu günümüzü dərindən əks etdirdiyini və gənc nəslin artıq onu klassik kimi qəbul etdiyini söyləyib.

Tədbirdə, həmçinin akademik Nizami Cəfərovun “Afaq Məsud dünyası” monoqrafiyası təqdim edilib.

AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya üzrə fəlsəfə doktorları Nərgiz Cabbarlı, Elnarə Qaragözova monoqrafiya ilə bağlı çıxış edib, əsərin məziyyətlərindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə