Psixoloq: “Sosial şəbəkələr uşaqlarda somatik problemlər yaradır” AÇIQLAMA
“Uşaq ailənin göstəricisidir. Valideynlər hər zaman uşağa qayğı və sevgi ilə yanaşmalıdırlar. Sevgi və diqqət sağlam uşaq psixologiyasının fundamentidir”. Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.
Onun sözlərinə görə, üç yaşından sonra valideynlər uşağa tam şəxsiyyət kimi yanaşmalıdırlar: “Üç yaşına qədər uşağın formalaşması və inkişaf dövrüdür. Valideynlər uşağa sərbəst düşünməyi, hərəkət etməyi və özlərini ifadə
etməyi öyrətməlidirlər. Uşaqlarda özgüvəni formalaşdırmaq birbaşa valideyninin məsuliyyətidir. Özünəinam və özünəgüvən uşağın gələcəkdə cəmiyyətdə özünü təsdiqləməsinin birbaşa sığortasıdır. Valideynlər uşaqlarını heç bir digər uşaqla müqayisə etməməlidirlər. Bu, onlarda özünəinamı azaldır, məktəbdə dostları ilə münasibətinə və təhsilinə mənfi təsir göstərir”.
Psixoloq bildirib ki, valideynlər ailədə birlik yaratmalı, bacardıqca konfliktdən, mübahisədən uzaq durmalıdırlar: “Valideynlər uşaqların istəklərini çərçivəyə salmamalıdırlar. Ancaq hər zaman nəzarət çox önəmlidir. 11 yaşdan sonra uşaqlarda yeniyetməlik dövrü başlayır. Həmin dönəmlərdə onlara nəzarət olunmalıdır. Hətta sosial şəbəkələrdə saat qrafiki valideynin nəzarətində olmalıdır. Sosial şəbəkələrdə həddindən çox olmaq uşaqlarda somatik problemlər yaradır. Belə uşaqlarda yaddaş və bir çox psixoloji pozuntular üzə çıxır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB