Sabunçuda Uşaqların Müdafiəsi Günü qeyd olunub

Sabunçuda Uşaqların Müdafiəsi Günü qeyd olunub

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının və Sabunçu rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib. "Şəhrizad" uşaq bağçasında keçirilən tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri M.Abasquliyeva Azərbyacanda dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı söz açıb. Qeyd olunub ki, bu gün ölkəmizdə uşaqlar əmin-amanlıq içərisində böyüyüb boya-başa çatırlar: "Uşaqlar bizim gələcəyimizdir, bizim gələcək inkişafımız, nailiyyətlərimiz onların əllərindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara vətənpərvərlik hisslərinin aşılanmasının, onların milli ruhda böyüməsinin vacibliyini önə çəkmişdi. Bu gün də övladlarımız Cənab Prezidentimiz İlham Əliyevin qayğısı ilə tam əhatə olunublar. Ölkəmizdə bütün standartlara cavab verən, ən müasir bağçalar tikilib, əsaslı təmir olunub. Bağçalarda uşaqların tam şəffaf mühitdə böyüməsi üçün dövlətimiz tərəfindəın bütün lazımı tədbirlər həyata keçirilib. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyata keçridiyi tədbirlər, gördüyü işlər həqiqətən də misilsizdir. Uşaqlar bizim gələcəyimizin qarantıdır, onlar bizim üçün böyük sərvətdir. Gələcəyin əsgərləri də, alimləri də, idmançıları da, ictimai-siyasi, dövlət xadimləri də məhz uşaqlardır. Ona görə də bizim hər birimiz uşaqlara xüsusi qayğı ilə yanaşmalıyıq".

Tədbirdə çıxış edənlər uşaqlarımızın sülh və əmin-amanlıq şəraitində böyüməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışıblar.

Daha sonra ədəbi-bədii kompozisiyalar nümayiş olunub. "Şəhrizad" bağçasının uşaqları vətənpərvərlik, döyüşkənlik ruhunda hazırlanmış səhnələr nümayiş etdiriblər. Sonda uşaqlara hədiyyələr tədqim olunub.

Müəllif: Samir

Bütün xəbərlər Facebook səhifəmizdə