AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının müdiri, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun “Nanomaterialların alınma metodları” kitabının və həmin institutun İqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsi” adlı monoqrafiyanın təqdimatı olub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən SİA-ya verilən məlumata görə, bölmənin Mərkəzi Elmi Kitabxanasında keçirilən tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovçıxış edərək ictimaiyyətə təqdim olunan hər iki nəşr haqqında ümumi məlumat verib və müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonrakimya elmləri doktoruBayram Rzayevin “Müasir dövrdə nanotexnologiyda geniş istifadə olunan nanomateriallar haqqında qiymətli əsər” mövzusunda məruzəsi dinlənilib. B. Rzayev kitabda nanohissəciklərin və nanomaterialların alınmasının fiziki və kimyəvi metodları, bir, iki, üç ölçülü kip nanomaterialların hazırlanması və tətbiq sahələri barədə məlumatların yer aldığını bildirib. Qeyd edib ki, nəşrdənanomaterialların fiziki və kimyəvi xassələri araşdırılaraq onların sintez şəraitləri nəzəri təhlil edilib və bu şəraitə uyğun gələn müvafiq metodlar sistemləşdirilib.
Tədbirdəİqtisadiyyat şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımovun “Naxçıvan Muxtar Respublikasında əmək potensialının formalaşması və istifadəsinə həsr edilmiş əsər” mövzusunda məruzəsi dinlənilib. C.Qasımov bildirib ki, rus dilindəüç fəsildən ibarət olan yeni nəşrdə əmək potensialının formalaşması və inkişafı amilləri, əmək potensialından səmərəli istifadəyə demoqrafik dəyişikliklərin təsiri işıqlandırılıb.
Daha sonra məruzə ətrafındainstitutun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Aliyə Rzayeva və İqtisadiyyat şöbəsinin kiçik elmi işçisi Eltun İbrahimov çıxış ediblər.
Sonda müəlliflər tədbir iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB