Səfərin ikinci günündə Naxçıvan Muxtar Respublikasına yola düşmüş KİV rəhbərlərindən ibarət nümayəndə heyətinin Sədərək rayonunun Heydərabad qəsəbəsi ilə tanışlıq, tabor mərkəzində əsgərlərlə görüş, Sədərək kəndindəki yeni məktəb binasına baxışı nəzərdə tutulur.
Daha sonra qonaqlar Şərur şəhərində "Bahar" Kinoteatrı, 2 nömrəli tam orta məktəb, Fizika-riyaziyyat təmayüllü lisey, Texniki Peşə və Sürücülük Məktəbi, Şərur Olimpiya İdman Kompleksi ilə tanış olacaqlar. Nümayəndə heyətinin həmçinin Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki uşaq bağçası, Şahtaxtı kənd tam orta məktəbi, Şahtaxtı-Poldəşt Gömrük Keçid Məntəqəsi və "Qarabağlar" Türbə Kompleksinin bərpa işləri ilə tanışlıq, Naxçıvan Sənaye kompleksinə baxışı da nəzərdə tutulub.
Qeyd edək ki, may ayının 31-də ölkənin aparıcı KİV rəhbərlərindən ibarət 20 nəfərlik nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib. Üç günlük səfər çərçivəsində qonaqların Muxtar Respublikanın müxtəlif mədəni, tarixi abidələrlə tanışlığı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB