Almaniya mətbuatında 28 May - Respublika Günü ilə bağlı məlumatlar yayılıb
Məlumatlarda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə fikirləri yer alıb. Vurğulanıb ki, Azərbaycan bu gün Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır və xüsusilə Almaniya ilə sıx münasibətlərə malikdir. 2001-ci ildən Avropa Şurasının üzvü olan ölkə bu günlərdə İslam Həmrəyliyi Oyunlarını keçirib.
Məlumatlarda Azərbaycan səfirinin ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi barədə fikirləri də əks olunub. Bildirilib ki, BMT və Avropa Şurası işğal faktını dəfələrlə kəskin şəkildə pisləyib və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllinə çalışır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB