Səbail rayon İcra Hakimiyyətində 2010-2011-ci ilin tədris ilinə həsr olunan tədbir keçirilib
Bu gün Səbail rayon İcra Hakimiyyətində rayonun ümumtəhsil məktəblərinin ötən dərs ilində göstərdikləri nəticələr və 2010-2011-ci ilin tədris ilinə hazırlığına həsr olunan tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, dövlətin təhsilə olan diqqət və qayğısından danışıb. Ölkədə təhsil sisteminə böyük qayğı və diqqət göstərildiyini deyən icra başçısı bildirib ki, bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, hazırda bu siyasət cənab prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.
Daha sonra o, yeni tədris ilinə hazırlıq barədə məlumat verərək bildirib ki, rayonun 5 ali, 18 orta və 17 məktəbəqədər təhsil müəssisəsinin yeni dərs ilinə hazırlığına və yay mövsümü ərzində məktəblərdə aparılan təmir işlərinə icra hakimiyyəti tərəfindən ciddi nəzarət olunub.
"Bu il Səbail rayonunda aparılan geniş miqyaslı quruculuq və abadlıq işləri çərçivəsində bir sıra sosial yönümlü obyektlər, o cümlədən Badamdar qəsəbəsində mədəniyyət evi və mərkəzdə 2 saylı musiqi məktəbi əsaslı təmir olunub. 236 saylı məktəbdə Heydər Əliyev Fondu tərəfindən başlayan əsaslı təmir-yenidənqurma işlərinə yekun vurulub. 132 saylı orta məktəb və Beynəlxalq Təhsil Kompeksində başlanan əsaslı təmir-yenidənqurma işləri başa çatıb və yaxın günlərdə məktəblərin açılışı olacaq. Məktəblərlə yanaşı rayonun Bayıl yaşayış sahəsindəki 110 və mərkəzdəki 130 saylı uşaq bağçalarında təmir işləri aparılıb və yaxın günlərdə müəssisələr istifadəyə veriləcək"- deyə o əlavə edib.
A.Əsgərov həmçinin görülən işlərlə yanaşı keçən dərs ilində təhsil müəssisələrinin qazandığı uğurlardan da danışıb. O qeyd edib ki, 2009-2010-cu tədris ilində rayonun orta məktəblərini 1592 nəfər bitirib, onlardan 1490 nəfəri attestat alıb, 1313 nəfər isə ali məktəblərə qəbul olmaq üçün sənəd verib: "Abituriyentlərin 861 nəfəri tələbə adını qazanıb, qəbul imatahanlarında abituriyentlərdən 162 nəfər 500-dən, 43 nəfər 600-dən, 8 nəfər isə 650-dən çox nəticə göstərib. Ötən tədris ilində Səbail rayonu 3 məktəbə "Ən yaxşı ümumtəhsil məktəbi", 13 müəllilimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında olub".
Tədbirin sonunda "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinə, qəbul imtahanılarında yüksək nəticə göstərən məzunlara rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub, aztəminatlı ailələrdən olan 20 uşağa isə məktəbli forması hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB