Leyla Seyidbəyli: “Düşünürəm ki, yaxın 5 ildə ən güclü patensiala malik həkimlər daha çox olacaq” - Müsahibə
Bakı Şəhər Səhiyyə İdarəsinin mediri Leyla Seyidbəylinin SİA-ya müsahibəsi
- Leyla xanım, bu gün ölkənin tibb sahəsindəki kadr potensialı sizi qane edirmi?
- Təbii ki, qane edir. Bu gün öz sahəsində kifayət qədər ixtisaslaşmış, istedadlı həkimlərimiz fəaliyyət göstərir. Onlar xəstələrə lazım olan anda lazımi şərait göstərirlər. Bundan əlavə, son 5-6 ildə xarici ölkələrə işləmək və öyrənmək üçün çoxlu sayda həkimlər göndərilir. Onlar Türkiyə, Belarusiya, Moskva, Almaniya və digər ölkələrə gedərək yeni üsullar, avadanlıqlarla işləməyi öyrənir, daha yüksək səviyyədə təcrübə toplayırlar. Bugünki vəziyyətə gəlincə deyə bilərəm ki, hazırda istedadlı və bacarıqlı həkimlərimiz var və onlar hər zaman xəstələrə yardım göstərməyə hazırdılar. Ancaq düşünürəm ki, yaxın 5 ilə bizdə ən güclü patensiala malik həkimlər daha çox olacaq.
- Bu gün ölkəmizi xaricdə tanıda biləcək həkimlərimiz varmı və onlar ölkəmizdən kənarda necə tanınırlar?
- Düzdür, bu say azlıq təşkil etsə də, belə həkimlərimiz var. Mərkəzi Neftçilər Xəstəxasnasında elə həkimlər var ki, onları xaricdə də yaxşı tanıyırlar. Elmi-Tədqiqat İnstitutlarının elə professorları var ki, onlara xaricdən də müraciətlər daxil olur. Ankologiya sahəsində güclü, təcrübəli həkimlərimiz var. Ötən illərdə müalicə və ya müayinə üçün xaricə üz tutan insanlarımızı sayı çox idi, ancaq indi onların sayı xeyli azalıb. Çünki ölkəmizdə yeni tibbi mərkəzlər açılıb, xəstəxanalar tikilib və onların hamısında güclü həkimlərimiz çalışır. Bu gün əhali də inanmalıdır ki, onlar səhiyyəyə əminliklə müraciət edə bilərlər.
- Səhiyyə işçilərinin attestasiyadan keçirilməsi vacibdirmi və bu zaman hansı xüsusiyyətlər nəzərə alınmalıdır?
- Bu proses çox vacibdi və həkimlər mütəmadi olaraq attestasiyadan keçməlidirlər. Həkimlərin attestasiyadan keçirilməsi bu il üçün də nəzərdə tutulub. Attestasiyanın aparılması zamanı hansı xüsusiyyətlərin nəzərə alınması məsələsi ilə Səhiyyə Nazirliyi məşğul olur.
- Son illərdə ölkədə ana və uşaq ölümü ilə bağlı vəziyyət hansı səviyyədədir?
- Azərbaycanda son illər ana və uşaq ölümü qat-qat azalıb. Bu il Perinatal Mərkəz istifadəyə verilib, doğum evlərinin hamısı müasir avadanlıqlarla, dərmanla təchiz olunub. Bndan başqa, xanımlarımıza qadın məsləhətxanalarında patranaj xidmətləri göstərilir. Qadınlar qeydiyyata götürülür, vaxtında müalicə olunurlar. Nəinki Bakı şəhərində, bütövlükdə respublika üzrə ana və uşaq ölümünün göstəriciləri azalıb.
- Bugünki dərmanların keyfiyyəti barədə nə deyə bilərsiniz?
- Dərmanların keyfiyyəti, alınması ilə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi məşğul olur. Onlar isə heç bir zaman keyfiyyətsiz dərmanlar almırlar. Xəstəxanalarlarda keyfiyyətsiz dərman olmasından isə ümumiyyətlə söhbət gedə bilməz. Ola bilər ki, hansısa kənar apteklərdə belə dərmanlar olsun, mən bu barədə biz söz deyə bilmərəm. Amma dəqiq deyirəm ki, xəstəxanalarda ola bilməz. Ola bilər ki, tək-tük həkimlər firmalarla dostluq edir və yalnız onun dərmanlarından istifadə edir. Ancaq son vaxtlar bunlar da aradan qaldırılıb.
- Cari il ərzində Azərbaycanda daha çox hansı xəstəliklərdə artım müşahidə olunub?
- Burada birinci növbədə qan dövranı sistemi xəstəlikləri durur, hiportaniya xəstəliyi bu gün geniş yayhılıb. İkinci yerdə həmişəki kimi törəmələrdir. Üçüncü yerdə isə əsəb sistemi xəstəlikləridir. Dördüncü sırada isə həmişə olduğu kimi həzm sistemi xəstəlikləri durur. Artım və azalma həmişəki kimi mütəmadi olaraq müşahidə olunur. Səhiyyə Nazirliyi və Bakı şəhər Səhiyyə İdarəsi tərəfindən xəstəliklərin artmasının qarşısının alınması üçün lazımi işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB