Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Laçından olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonundakı Taxtakörpü qəsəbəsində növbəti ictimai dinləmə keçirib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ictimai dinləmədə rayon icra hakimiyyətinin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, KİV-lərin və məcburi köçkün icmalarının nümayəndələri iştirak ediblər.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov tədbiri açaraq, insan hüquqlarının müdafiəsinin və MFP-nin əhəmiyyətini qeyd edərək, bu sahədə görülən işlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, sərbəst toplaşma üçün açıq və qapalı yerlərin ayrılması və digər tədbirlər haqqında ətraflı məlumat verib. İnsan Hüquqları üzrə Müvəkkil Laçının işğalından 18 il ötdüyünü bildirib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. E.Süleymanova Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı 1988-ci ildə dünyaya gələn və şəhidlik zirvəsinə ucalması 18 iyun – Milli insan hüquqları gününə təsadüf edən Milli qəhrəmanımız Mübariz İbrahimovun şücaətini vurğulayaraq, igidlik göstərmiş gizirin gənclərimizə nümunə olduğunu söyləyib.
Müvəkkil əvvəllər də Taxtakörpüdə tez-tez olduğunu və buradakı sakinlərin problemlərini diqqətdə saxladığını qeyd edərək, hazırda bu qəsəbədəki böyük irəliləyişi vurğulayıb. Ombudsman qarşıdan gələn Parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının, o cümlədən seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulayıb, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.
Müzakirələrdə icma nümayəndələri, ağsaqqallar, fəal qadınlar və digər iştirakçılar çıxış edərək, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləmiş, qaçqın və məcburi köçkün soydaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulduğunu bildiriblər. Ombudsman MFP-nin icrasında səylərin birləşdirilməsinin, əhalinin bütün qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsinin, icmaların fəaliyyətinin gücləndirilməsinin və daha fəal olmasının, əhali arasında hüquqi maarifləndirmənin zəruriliyini vurğulayıb. Rayon rəhbərliyi və digər iştirakçılar ictimai dinləmənin təşkilinə, sakinlərə göstərdiyi diqqətə, səmərəli təklif və tövsiyələrə görə Ombudsmana təşəkkür ediblər.
Tədbirin sonunda E.Süleymanova Ombudsman təsisatının və bir sıra dövlət qurumlarının qaynar xətləri barədə məlumat verərək, insanların müraciətlərinə dərhal baxıldığını vurğulamış, iştirakçılara MFP-nin nüsxələri, illik nəticələrin müzakirəsi ilə bağlı keçirilən yekun konfranslarının kitab şəklində nəşr olunmuş materialları, təsisat tərəfindən hazırlanan digər maarifləndirici vəsaitlər təqdim olunub. Ombudsman Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə Laçın Rayon Mərkəzi Xəstəxanasının Poliklinikasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələrində, seçki məntəqəsində olmuş, bu qurumlarda aparılan işlər barədə məlumat alıb, vəziyyətin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB