Müvəkkil 14 saylı CÇM-ə başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokoluna uyğun olaraq yaradılan Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Vüqar Məhərrəmov və Absələddin Əliyev Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində (CÇM) uzunmüddətli (iki tam iş günü) başçəkmə həyata keçiriblər. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərin həyata keçirilməsi üçün iki gün hazırlıq işləri aparılıb. Belə ki, mətbuatda, hüquq müdafiəçilərinin, insan hüquqları ilə məşğul olan QHT-nın, Ədliyyə Nazirliyi yanında İctimai komitənin bu müəssisə ilə bağlı informasiyaları və hesabatları haqda məlumat toplanılıb təhlil edilib.
Başçəkmənin əsas məqsədi Fakültativ Protokolun tələblərinə uyğun olaraq, işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün şəraitin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub. Baxış zamanı MPM qrupunun üzvləri CÇM-də saxlanma şəraitini araşdırıb, müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına, mətbəxə, yeməkxanaya və digər obyektlərə baş çəkiblər. Burada cəza çəkən məhkumların bir çoxu ilə təkbətək söhbət zamanı onlar saxlanma şəraitindən və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməsələr də, MPM qrupunun üzvləri tərəfindən şəraitin araşdırılması zamanı müsbət işlərlə yanaşı, bir sıra çatışmazlıqlar da aşkar edilmişdir. Müəssisə rəhbərliyinə şəraitin yaxşılaşdırılması, işgəncə və qeyri-insani rəftar hallarına yol verilməməsi, eləcə də gələcəkdə baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələr verilib.
Belə ki, müəssisədə tibb hissəsinin fəaliyyəti, bütün obyektlərdə (yataqxana, yeməkxana və s) təmizliyə riayət edilməsi, kitabxananın zəngin olması və buradan məhkumların istifadəsinin müntəzəmliyi, burada fəaliyyət göstərən məhkumlardan ibarət müəssisə kollektiv şurasının işinin təşkili, məhkumların asudə vaxtının keçirilməsi üçün futbol, voleybol meydançalarının, domino, nərd və digər stolüstü oyunları üçün açıq havada çardağın yaradılması, CÇM-ə yeni çəkilmiş qaz xəttinin istifadəyə verilməsi müsbət qiymətləndirilib. Bununla yanaşı, yataqxanaların, tibb hissəsinin, cərimə təcridxanasının döşəməsinin daşdan olması, tibb hissəsində daimi stomatoloqun olmaması, ayrıca vəkil otağının yaradılmaması və pəncərələrinin kiçik olması üzündən yataqxanalardan birinin təbii işıqla normal işıqlanmaması nöqsan kimi qeyd edilərək müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb. < MPM qrupu başçəkməyə dair hesabat hazırlayıb və Müvəkkil 14 saylı CÇM-ə başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB