Asim Mollazadə: “Azərbaycan Rusiya prezidenti və Rusiya dövlətindən Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi addımlar atmağı gözləyir” - AÇIQLAMA

"Rusiya prezidenti Dmitri Medvedevin ölkəmizə növbəti səfəri Azərbaycan Rusiya münasibətlərinin inkişafına xidmət edəcək". Bu sözləri millət vəkili Asim Mollazadə SİA-ya verdiyi açıqlamasında deyib. O bildirib ki, Azərbaycanın xarici siyasətinin əsas məqsədi ilk növbədə qonşularla tərəfdaşlıq və münasibətlərin qarşılıqlı maraq əsasında inkişaf etdirməkdir. Medvedevin səfər zamanı gözlənilən sərhədlərin razılaşdırılması ilə bağlı sazişin imzalanmasını müsbət hadisə kimi qiymətləndirən millət vəkili iki ölkə arasında elm, iqtisadi sahədə olan əməkdaşlığı xatırladaraq səfər zamanı bu sahədə də müvafiq saziş və razılaşmaların əldə olunacağına ümid etdiyini dilə gətirib.

A.Mollazadə söyləyib ki, Azərbaycanı maraqlandıran əsas məsələ Rusiyanın Dağlıq Qarabağ münaqəşəsində Azərbaycanı dəstəkləməsi və bu münaqişəsinin həlli istiqamətində öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsidir: "Rusiya həmsədr tərəf kimi Minsk Qrupunda münaqişənin tezliklə və sülh yolu ilə həll olunmasında öz üzərinə çox böyük öhdəliklər götürüb. Bu məsələdə Rusiya prezidenti müəyyən qədər məsuliyyət daşıyır və məsələ həll olunmazsa onun nüfüzu ilə bağlı çox ciddi şübhələr yarana bilər. Baxmayaraq ki, Azərbaycan Ermənistan dövlət baçşılarının görüşlərini şəxsən təşkil edib, amma Ermənistan bu prosesdə sülh istiqamətində addımlar atmır və delimitasiyasını davam edir. Ona görə də Azərbaycan Rusiya prezidenti və Rusiya dövlətindən bu münaqişənin həllində ciddi qərarlar, addımlar atmağı gözləyir. Biz gözləyirik ki, Rusiya bu prosesə öz marağından irəli gələn Cənubi Qafqazda sabitliyi bərqərar etmək, əməkdaşlıq üçün bu istiqamətdə müvafiq addımlar atacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...