"Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" adlı konfrans başlayıb FOTOLAR

"Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" adlı konfrans başlayıb FOTOLAR

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və Xarici Dillər fakultəsinin inzibati binasının akt zalında "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans işə başlayıb. Məlumata görə, tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli konfrans iştirakçılarını salamlayaraq ölkənin aparıcı media rəhbərlərinin Naxçıvana səfərinin sayca ikinci olduğunu bildirib.

O, bildirib ki, ötən ilin oktyabr ayında da KİVDF-nin həyata keçirdiyi layihə çərçivəsində media rəhbərləri 20 nəfərlik heyyətlə Naxçıvana səfər ediblər. V.Səfərli ötən il baş tutan səfərin Naxçıvan Muxtar Respublikasının ali orqanları ilə media arasında əlaqələrin genişlındirilməsi məqsədini daşıdığını söyləyib. İcraçı direktor bu səfərin məqsədinin isə Naxçıvanın turizm potensialının tanıdılmasında medianın köməyindən istifadə etməkdən ibarət olduğunu bildirib.

Naxçıvana səfərə gələn Nümayəndə Heyyəti ilə konfrans iştirakçılarını tanış edən V.Səfərli Naxçıvanın geniş turizm potensialına malik olduğunu söylədi: "Biz ötən səfərimizdə də Naxçıvanın tarixi və mədəni abidələrlə zənginliyinin, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün Naxçıvanda turistlərin maraqlandıran Duzdağ Fizioterapiya Mərkəzi var ki, bu şəfa ocağının potensialından lazımınca istifadə olunmur. Bizim Naxçıvana səfərimizin məqsədi də, bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə Naxçıvan Muxtar Respublikasına dəstək olmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə