Azərbaycanın tanınmış şair-dramaturqu Ramiq Muxtar xəstəxanaya yerləşdirilib. SİA-ya daxil olan məlumata görə, növbəti tamaşasının primeyirasına hazırlaşan şair-dramaturq gözlənilmədən səhhətində problemlər yarandığından təcili xəstəxanaya çatdırılıb. Məlumatı dəqiqləşdirmək üçün çətinliklədə olsa onun özü ilə əlaqə saxlaya bildik. Şair-dramaturq mətumatı təsdiqlədi və vəziyyətinin ağır olduğunu söylədi: "Ağır şəkər xəstəliyim ayaqlarımda qanqrena yaradıb. Hər iki ayağımın barmaqları əməliyyat yolu ilə kəsilib. Hazırda palatada, həkimlərin nəzarəti altındayam".
Qeyd edək ki, Ramiq Muxtar 1980-ci ildən şair-dramaturq kimi Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 7 dram əsəri Bakı, İrəvan, Naxçıvan, Qazax, Ağdam Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuş, sözlərinə 120-dən artıq mahnı bəstələnmişdir. "Şeyx Sənan", "Ölüm tanqosu" və "Balet liberretoları"nın müəllifidir.
O, Gürcüstan Respublikasının Ali "Şərəf" ordeninə layiq görülmüş, Rəsul Rza adına Beynəlxalq Mükafatın sahibidir. Prezident Təqaüdçüsüdür.
İlham
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB