Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə KİV rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri başlayıb. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində media nümayəndələri öncə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Üç günlük səfər çərçivəsində Bakıdan Naxçıvana yola düşən 20 nəfərlik nümayəndə heyəti burada KİV-nin iş prinsipi ilə tanış olacaq. Daha sonra Nümayəndə Heyyəti "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfransda iştirak edəcəklər.


Səfər çərçivəsində qonaqların Naxçıvandakı mədəni-tarixi abidələrin ziyarəti nəzərdə tutulub.

Qeyd edək ki, Bakıdan Naxçıvana yola düşən Nümayəndə Heyətinin tərkibinə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Ədalət" qəzetinin təsisçisi, millət vəkili Aqil Abbas, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, "APA Holdinq"in prezidenti Vüsalə Mahirqızı, "Trend" İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "İnterfaks" İnformasiya Agentliyinin direktoru Aleksandr İvanov, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzetin" baş redaktoru Rəşad Məcid, "Olaylar" İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, Azərbaycan Mətbuat Şurasının sədr müavini, "Jurnalistlərin Həmkarlar İttifaqı"nın sədri Müşfiq Ələsgərli, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, "Həftə İçi" qəzetinin baş redaktoru Sevinc Seyidova, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova, KİVDF-nin informasiya texnologiyaları üzrə mütəxəssisi Mirsəid Ağayev, "Movqe.az" saytının müxbiri Zülfiyyə Quluyeva
daxildir.


Xatırladaq ki, bu, ölkənin aparıcı media orqanları rəhbərlərinin Naxçıvana təşkil olunan sayca ikinci səfəridir. Ötən ilin oktyabr ayınında da KİVDF tərəfindən təşkil olunan səfərdə baş redaktorlardan ibarət 20 nəfərlik nümayəndə heyəti Naxçıvanda iki günlük səfərdə olmuşdular.


Naxçıvana yola düşən media rəhbərlərini Beynəlxalq Hava Limanının "VİP" salonunda Ali Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Ülvi Hüseynli və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin baş redaktoru Ramal Məmişov qarşılayıb.
Sonra media nümayəndələri Heydər Əliyev Muzeyini ziyarət ediblər. Jurnalistlərə Ulu Öndərin keçdiyi şərəfli həyat yolu, siyasi fəaliyyəti barədə məlumat verilib.

Nümayəndə Heyyəti Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Universitet Televiziyası və "Nuhçıxan" radiosu ilə tanışlıqdan sonra Naxçıvan Dövlət Universitetinin akt zalında "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda keçirilən konfransa qatılıblar.
Səgər davam edir.










Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB