Deputatlarımız Portuqaliyada səfərdə olublar FOTO

Deputatlarımız Portuqaliyada səfərdə olublar FOTO

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Naqif Həmzəyev və Pərvin Kərimzadə Portuqaliya Respublikasının Braqa şəhərində səfərdə olublar. SİA-ya verilən məlumata görə, səfər çərçivəsində Braqa şəhərinin meri Ricardo Rio, vitse-mer xanım Sameiro Araujo, Avropa Gənclər Şəbəkəsinin rəhbəri Carlos De Sousa Santos ilə görüşlər keçirilib, Braga "Sturt UP" layihəsinin rəhbərliyi və fəal üzvləri ilə ətraflı müzakirələr aparılıb.

Həmçinin Minhon universitetinin rektoru António Cunha, Universitetin Ombudsmanı xanım Paula Ctistina Martins, Pedaqogika fakültəsinin dekanı xanım Rosa Vasconcelos ilə görüşlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən təhsil müəssisələri ilə birlikdə həyata keçirilməsi planlaşdırılan layihələr ətrafında müzakirələr aparılıb və tezliklə müvafiq layihələrin icrasına başlanılması qərarlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə