Məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyulub

Qaradağ rayonunda keçirilən tədbirdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə iştirak edib
Məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyulub

Mayın 30-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərq hissəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoydu.

Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Sonra Baş nazirin müavini Əli Həsənov, "Paşa İnşaat" şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə