Gənclər üçün Təhsil Mərkəzinin "Şanlı tarix - 99 il" "Twitter" aksiyası kütləviliyi ilə seçilib.
Mərkəzin baş katibi Gülnar Xəlilovanın SİA-ya verdiyi məlumata görə, internet aksiyası əsasən "Twitter" sosial şəbəkəsində keçirilib və 28-29 may tarixlərini əhatə edib. Bütün təbliğat işi #ADR1918 , ındependence99 həştəqləri ilə aparılıb.
Aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də ali təhsil ocaqlarına və beynəlxalq təşkilatlara şərqin ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin qədim dövlətçilik, demokratik ənənələri ilə bağlı həqiqətləri çatdırmaq olub.
Mərkəzin Bakı və digər regional ofislərində təşkil olunan aksiyasında "Hashtagify", "Hashtracking", "Tweetchip"və "Tweet Binder" metrikslərinin göstəricilərinə görə ümumilikdə 14000 "tweet" paylaşılıb. Bununla bərabər gənclər ərazi bütövlüyümüzün və müstəqilliyimizin tarixi həqiqətlərinə həsr olunan məqalə, foto, bəyanat və digər materialları internet vasitəsilə dünyanın müxtəlif nöqtələrinə, ali təhsil ocaqlarına, beynəlxalq təşkilatların elektron ünvanlarına, populyar internet resurslarına, əcnəbi qəzet və jurnallara göndəriblər.
Akiyada istifadə etmək üçün ingilis dilində materiallar hazırlanıb və təbliğat zamanı onlardan istifadə olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB