Türkiyənin İstanbul şəhərində "Yeni Akit" qəzetinin baş redaktoru Kadir Dəmirələ qarşı hücum olub. Baş redaktor aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, ilkin versiya olaraq hadisənin başvermə səbəbi kimi ailə münaqişəsi göstərilir.
Kadir Dəmirəllə qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Dava zamanı kürəkən qayınatasına bıçaqla bir neçə dəfə zərbə endirib və ikinci aldığı xəsarətlərdən yerindəcə keçinib, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Cinayətkar hadisə yerindən qaçıb. Polis axtarışları davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB