Mayın 25-də Azərbaycan Respublikasının Braziliyadakı Səfiri Elxan Poluxov Braziliya Senatının radiosu olan "Radio Senado"-da "Parlamentos do Mundo" proqramında Azərbaycana həsr edilmiş verilişə müsahibə verib.
Səfirlikdən SİA-ya verilən məlumata görə, müsahibə zamanı Səfir Elxan Poluxov Azərbaycanın tarixi, mədəniyyəti, regional layihələri, Azərbaycan Respublikasının Parlamenti və ölkənin qanunverilcilik sistemi, son illər ərzində əldə edilmiş uğurlar və xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı danışıb.
Məlumat üçün bildirək ki, "Radio Senado"-nun tabeliyində 10 və əməkdaşlıq etdiyi 7 radio stansiya mövcuddur və bütün Braziliyanı əhatə edən yayıma malikdir.
http://www12.senado.leg.br/radio/1/conexao-senado/parlamentos-do-mundo-azerbaijao
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB