Lənkəranda ağır qəza: 7 nəfər yaralandı, 3-ü uşaqdır

Lənkəranda ağır qəza: 7 nəfər yaralandı, 3-ü uşaqdır

Lənkəranda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Lənkəranın Liman şəhərində qeydə alınıb.

"VAZ 2106" markalı avtomobilin "OPEL"lə toqquşması nəticəsində 7 nəfər yaralanıb.

Məlumata görə, yaralılardan 3-ü uşaq, 2-si qadındır. Hər iki avtomobilin sürücüsünün xəsarət aldığı bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə