Dövlət Gömrük Komitəsi (DGK) Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində (VAİS) problemlərin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Komitənin mətbuat xidmətindən SİA-ya bildirilib ki, DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində problemlərin yarandığını və buna görə 4 saat müddətində müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilə bilmədiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Dövlət Gömrük Komitəsi bildirir ki, 2017-ci ilin 25 may saat 21.00-dan başlayaraq 26 may saat 04.00 qədər DGK tərəfindən informasiya resurslarının və informasiya sistemlərinin təhlükəsizliyinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış yüklənmə testləri həyata keçirilib və Komitənin mütəxəssisləri tərəfindən aparılmış sınaqlar uğurla başa çatdırılıb:
"Sınaqların həyata keçirildiyi müddətdə VAİS-də müəyyən ləngimələr baş versə də, müvafiq gömrük prosedurları və yoxlamalar, avtomobillərin və sərnişinlərin gömrük zonasının ərazisinə giriş-çıxışının həyata keçirilməsi, eləcə də sistemin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB