Xaçmaz rayon icra hakimiyyəti ilə Yeni Azərbaycan Partiyasının birgə təşkilatçılığı ilə Xaçmaz rayon təşkilatı 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirib. Tədbiri giriş sözü ilə Xaçmaz rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova açaraq, Şərqdə ilk demokratik Azərbaycan dövlətinin yaradılması tarixi barədə geniş məlumat verib. O, qeyd edib ki, bu tarix hər bir azərbaycanlı üçün qürur mənbəyidir: "Belə ki, Şəqrdə ilk demokratik cümhuriyyətin yaradılması sübut etdi ki, Azərbaycan xalqı hər zaman inkişaf və tərəqqi edərək, beynəlxalq aləmdə öz sözünü deyə biləcək qədər, eləcə də, tarixi köklərinə sadiq qalan bir xalqdır".
.jpg)
Tədbirdə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxış edərək, müasir və müstəqil Azərbaycanın yaranma tarixindən, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində xidmətlərindən, Möhtərəm Prezidentimiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Xanım Əliyevanın müstəqilliyimizin daha da inkişaf etdirilməsi, əbədiliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi layihələrdən geniş məlumat verməklə yanaşı, bir sıra tarixi aspektlərə toxunub və bundan sonra da Azərbaycanın daim inkişaf yolu tutacağını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB