“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi FOTOLAR

“Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblərinə mükafatlar təqdim edildi FOTOLAR

"Nar" abunəçiləri arasında keçirilən "SMS fortuna" lotereyasının 10 qalibinə pul mükafatı və "Nar"-dan xüsusi hədiyyələr təqdim edilib. "SMS fortuna" lotereyasının həftəlik qalibləri 350 AZN, aylıq qaliblər isə 3500 AZN-ə sahib olublar. Qaliblər həftə ərzində SMS göndərən "Nar" abunəçiləri arasından təsadüfi qaydada seçilib. Göndərilən 5 SMS 1 biletə bərabər sayılır və həmin həftə ərzində keçirilən lotereyada qalib gəlmək şansı yaradır.

Ay ərzində göndərilən SMS-lər "Nar" abunəçilərinə həm də aylıq pul mükafatına sahib olmaq şansı verir. Beləliklə, hətta bonus SMS-lərdən istifadə edən "Nar" abunəçiləri göndərdikləri hər 5 SMS-lə həftəlik və aylıq lotereyada iştirak edərək pul mükafatı qazanmaq şansına sahibdirlər.

Qeyd edək ki, "SMS fortuna" lotereyası 27 avqust tarixinədək davam edəcək. Lotereyaya qoşulmaq üçün *217#YES şifrəsini yığmaq kifayətdir. "SMS fortuna" lotereyası haqqında tam məlumatı smsfortuna.narzone.az səhifəsinə daxil olaraq əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə