Nəsimi rayonunda "Yaşa Azərbaycan” adlı tədbir keçirilib FOTO

Nəsimi rayonu 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Yaşa Azərbaycan” adlı tədbir keçirilib
Nəsimi rayonunda "Yaşa Azərbaycan” adlı tədbir keçirilib FOTO

28 may Respublika Günü münasibətiilə Nəsimi rayonunun tam orta məktəblərində silsilə tədbirlər keçirilir.

Respublika Günü münasibəti ilə məktəblərdə divar qəzetləri buraxılıb, dəyirmi masalar, inşa yazıları, rəsm- şeir müsabiqələri təqdimatları təşkil edilib, kompozisiya və bayram tədbirləri keçirilib. Nəsimi rayon İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, bu gün 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə bayram tədbiri təşkil edilib. Bayram tədbirində məktəblilər şerlər söyləyib, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış ediblər.

Tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Gülarə Verdiyeva və məktəbin direktoru Aytən Baxşıyeva 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında məlumat veriblər.

Rəsmi şəxslər eyni zamanda hər bir azərbaycanlının qürurla qeyd etdiyi 28 may Respublika günü münasibəti ilə məktəbliləri təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə