Azərbaycanda Prezidentin hakimiyyət atributlarına həsr edilmiş məruzə beynəlxalq konfansda dinlənildi
Rusiya Federasiyası Sankt-Peterburq şəhərində keçirilən "Müharibə və silah. Yeni tədqiqatlar və materiallar" 17-19 may 2017-ci il tarixində VIII-ci beynəlxalq elmi-praktiki konfransda Azərbaycanda Prezidentin hakimiyyət atributlarına həsr olunan məruzə dinlənilib. Belə ki, Artilleriya, Mühəndis Qoşunları Və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyində keçirilən konfrans Rusiya ərazisində keçirilən hərb tarixinə həsr olunan ən irimiqyaslı konfrans sayılır. Tarix üzrə fəlsəfə doktoru, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyinin sədr müavini, bayraqşunaslıq və heraldika üzrə mütəxəssis Pərvin Gözəlov "Azərbaycanda Prezidentin hakimiyyət atributları" adlı məruzə ilə rus dilində çıxış olunub.
Məruzədə Azərbaycan ərazisində qədim dövrlərdən hakimiyyət atributlarının istifadəsinin ənənələri həqqında geniş şəkildə məlumat verilib. Bu günə kimi əyani olaraq qəlib catmış bunçuq, sancaqlar, şeşpər və ştandart kimi tarixi hakimiyyət atributlarından məlumat təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli qararı ilə təsdiq edilmiş Prezident ştandartı, Prezidentin hərbi-dəniz qəmilərində istifadə edilən vəzifə bayrağı barədə təqdim edilən məruzədə hərtərəfli izahlar verilmişdir. Ştandartın, vəzifə bayrağının istifadə qaydalarını tərəfimdən izah edilmişdir. Azərbaycan Respublikasının 22 aprel 2005-ci ildə № 896-IIГ qanunu ilə təstiq edilmiş Azərbaycan Respublikasının Ali Ordeni - Heydər Əliyev ordeni barədə geniş məlumat və təltif edilməsi barədə məruzə edilib və həmçinin Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə təsdiq edilmiş Konstitusiyası barədə tam və ətraflı məruzə ilə çıxış olunub. Azərbaycan Respublikasında Prezidentin vəzifəyə təsdiq edilməsi- İnauqurasiyanın keçirilməsi barədə və istifadə olunan atributlar elmi cəhətdən təhlil edilərək beynəlxalq içtimayiətə təqdim edilmişdir. Təqdim olunmuş elmi məruzələr IV cildlik topluda nəşr edilərək beynəlxalq konfransın iştirakçılara paylanmışdır və tərəfimdən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi - Prezident Kitabxanasına təqdim edilib.
 Президента Азербайджанской Республики.bmp)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB