“ASAN xidmət” və “ASAN Kommunal” mayın 28-də işləməyəcək

“ASAN xidmət” və “ASAN Kommunal” mayın 28-də işləməyəcək

28 May Respublika günü münasibətilə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günü elan edilib. Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən SİA-ya verilən xəbərə görə, 29 may tarixindən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Bununla yanaşı, Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə