Şəmkirdə 28 May Respublika Günü qeyd olunub

Şəmkirdə 28 May Respublika Günü qeyd olunub

Bu gün YAP Şəmkir rayon təşkilatı "28 May Respublika Günü" və "IV İslam Həmrəyliyi Oyunları" mövzusunda N.Gəncəvi adına məhəlli ilk partiya təşkilatında tədbir keçirdi. SİA-nın verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Nizami Gəncəvi adına məhəlli ilk partiya təşkilatının sədri İlhamə Səfərova açaraq bildirdi ki, Azərbaycan Xalq Cumhuriyyəti azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Hər il Respublika Günü dövlət bayramı kimi qeyd edilir.

Tədbirdə geniş məruzə ilə çıxış edən Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi şərəfli yol barədə tədbir iştirakçılarına geniş məlumat verdi: "Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan strategiya Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib, dövlət müstəqilliyimiz daha da möhkəmlənib. İndi Azərbaycanı dünya ictimaiyyəti yaxından tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Bakıda keçirilmiş Avropa Oyunları, "Formula-1" üzrə Avropa Qran-Prisi, IV İslam Həmrəyliyi Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna parlaq nümunədir.Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, "Formula-1" kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Məhz "Bakı-2017" İslam Həmrəyliyi Oyunları da uzun müddət yaddaşlarda qalacaq. Bütün bunlar isə Odlar Yurdu Azərbaycanı dünyada artıq idman ölkəsi kimi tanıdır" . F.Vəliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə həyata keçirmək üçün bütün imkanlarını səfərbər etdi. Bütün məsələlər dəqiq və planlı şəkildə həyata keçirildi, yüksək səviyyədə və təhlükəsiz şəraitdə baş tutdu: "IV İslam Həmrəyliyi Oyunları islam həmrəyliyinin gücləndirilməsinə stimul verdi, eyni zamanda, həm islam aləminə, həm dünyaya bir daha göstərdi ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir.

Daha sonra çıxış edənlər Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi, YAP Şəmkir rayon təşkilatının sədr müavini Ayaz İbrahimov, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri, YAP

Şəmkir rayon təşkilatının sədr müavini Məcid Şıxlınski, N.Gəncəvi adına şəhər tam orta məktəbin müəllimi Nəriman Əhmədov çıxış edərək, qeyd etdilər ki, əsrlərlə azadlıq və müstəqillik arzusu ilə yaşayan Azərbaycan xalqı ötən əsrin əvvəllərində bu işıqlı may günündə arzusuna qovuşdu: "Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ - tarixi hadisə oldu. Azərbaycan yalnız 1993-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin böyük dövlət idarəçiliyi təcrübəsi sayəsində inkişaf mərhələsinə qədəm qoyaraq, möhkəmlənib və dünyada öz layiqli yerini tutub".

Tədbirin sonunda Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan gənclərə təntənəli şəkildə üzvlük vəsiqələri və qiymətli hədiyyələr təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə