Xaçmazda 28 May-Respublika Günü qeyd edilib FOTOLAR

Xaçmazda 28 May-Respublika Günü qeyd edilib FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına İdeoloji Mərkəzdə 28 May Respublika Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirib. SİA-nın verdiyi məlumata görə, Dövlət Himni səsləndikdən sonra YAP Xaçmaz rayon təşkilatının sədr müavini Abasyar Heydərov 28 May-Respublika Gününün mahiyyəti haqqında məlumat verib.

O, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti və əldə etdiyi nailiyyətlər barəsində danışıb. A.Heylərov çıxışında müstəqil Azərbaycanın son illərdə müxtəlif sahələrdə qazandığı uğurlardan bəhs edərək, bu gün ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və dinamik inkişaf edən üzvünə çevrildiyini vurğulayıb. Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində, ölkəmizin beynəlxalq nüfuzunun artdığını, çoxsaylı beynəlxalq platformalarda uğurla təmsil olunduğunu qeyd edib.

YAP Xaçmaz rayon təşklatının sədr müavini Sevinc Sədullayeva "Şərqdə ilk demokratik respublika", rayon təşkilatı 2 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Elvin Məmmədov "Müstəqilliyimizin şanlı tarixi", təşkilatın nəzdində fəaliyyət göstərən Heydər Əliyev İdeoloji Mərkəzinin rəhbəri Cavad Mehmanov "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzularında məruzə ilə çıxış ediblər. Çıxışlarda bildirilib ki, müstəqilliyin ilk illərində Azərbaycanın qarşılaşdığı daxili və xarici qarşıdurma ilə mübarizədə Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində ölkə xilas edilib, 1920-ci ildə baş vermiş faciənin yenidən təkrar edilməsinin qarşısı alınıb. Həmçinin, qeyd olunub ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan uzun illər öncə əsası qoyulmuş bərabərlik, tolerantlıq və demokratiya ənənələrini davam etdirir.

Sonda məktəblilərin ifasinda Azərbaycanın müstəqilliyinə və Azərbaycan bayrağına həsr olunmuş şeirlər konfrans iştirakçıları tərəfindən yüksək maraqla dinlənilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə