Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səmərəli fəaliyyətlərinə görə iki şəxsi "Şöhrət" ordeni ilə təltif edib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıb:
Azərbaycan Respublikasında xüsusi xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbasəli Ramazan oğlu Novruzov və gömrük işinin inkişafındakı xidmətlərinə görə Aydın Əli oğlu Əliyev "Şöhrət" ordeni ilə təltif edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB