“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ərsəyə gətirdiyi "Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" kitabı türk dilində Türkiyədə işıq üzü görüb. Tərcümə Mərkəzindən SİA-ya verilən məlumata görə ,Türkiyənin "Berikan" nəşriyyatı tərəfindən nəşr edilmiş kitab məşhur Sumqayıt hadisələrindən – 1988-ci ildə erməni terrorçusu Eduard Qriqoryanın rəhbərliyi altında Sumqayıtda törədilmiş qətliamdan bəhs edir.
Qeyd edək ki, kitabın müəllifi Azərbaycanın əməkdar jurnalisti İbrahim Məmmədov, türk dilinə tərcüməçisi Sənan Nağıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB